Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Papa “cəhənnəm yoxdur” dedi” xəbərindən sonra – İtalyanın La Repubblica qəzetində böhran çıxdı

Papanın “Cəhənnəm yoxdur” sözlərindən sonra mübahisələr davam edir.

İtaliyanın ən böyük qəzetlərindən olan “La Repubblica” ötən həftə böyük mübahisə yaradan “Roma Papası cəhənnəm yoxdur dedi” xəbərindən sonra ciddi böhran yaşayıb.

Din.az bildirir ki, “saxta xəbər” verməkdə günahlandıran bir müəllifin işinə son verilib. “La Repubblica” rəhbərliyi bu dəfə də “tənqidə dözümsüzlüklə” günahlandırılıb. “La Repubblica” 29 martda Papa Françesko ilə bir “söhbət” yayımlayıb. Qəzetin qurucusu Eugenio Scalfarinin imzasını daşıyan söhbətdə Papanın ağzından dırnaq içində “Cəhənnəm yoxdur, günahkar ruhların yox olması vardır” sözlərinə yer verilib.

Roma papasının Katolik inancında yer alan cənnət-cəhənnəm inancına əks olan bu sözləri dediyi iddiası çaşqınlıq yaratmış, Vatikan mübahisələrə son qoymaq məqsədilə bir rəsmi açıqlama yaymışdı.

Bundan sonra həm Scalfariyə, həm də daha əvvəl də bir neçə dəfə oxşar şəkildə söhbətlərini müsahibəsi kimi dərc etməsinə baxmayaraq, Scalfariyə danışmağa davam edən Papaya iradlar gəlib. Keçmişdə müsahibə olaraq dərc etdiyi söhbətləri əslində səs yazma aparatına qeyd etmədiyini və ağlında qaldığı halda yazdığını deyən 93 yaşlı Scalfariyə bir tənqid də öz qəzetində yazan Piergiorgio Odifreddiden gəlib. Piergiorgio Odifreddi “La Repubblica”-nın internet səhifəsindəki bloquna 2 apreldə yazdığı yazıda Scalfari və “La Repubblica”-yı “saxta xəbər” yayımlamaqla günahlandırıb.

Odifreddinin vida yazısının altında “La Repubblica”-nın baş redaktoru Mario Calabresinin cavabı da dərc olunub. Calabresi Odifreddinin “Scalfariyi tənqid etdiyi üçün deyil, illərdir əməkdaşlıq etdiyi qəzet haqqında yazdıqları üzündən” qovulduğunu bildirib. Senzura ittihamları Odifreddinin yazılarına son verilməsi, sosial mediada “La Repubblica”-ya qarşı senzura təqsirləndirmələrinə səbəb olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...