Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Papa dünya liderlərinə çağırış etdi

Fransisk: “Beynəlxalq ictimaiyyəti sülh və dialoq naminə bir araya gəlməyə dəvət edirəm”.

Hər kəsi Yaxın Şərqdəki gərginliyi diplomatik yolla aradan qaldırmağa çağırıram.

Din.az xəbər verir ki, bu sözləri Roma Papası Fransisk deyib.

“Beynəlxalq ictimaiyyəti sülh və dialoq naminə bir araya gəlməyə dəvət edirəm”, – Fransisk bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Oman körfəzində “Front Altair” və “Kokuka Courageous” adlı iki neft tankerinə hücum olub. Partlayışdan sonra tankerlərdən birinin ekipajı İran hərbçiləri, digəri isə ABŞ hərbçiləri tərəfindən xilas edilib.

ABŞ tankerlərə hücumun məsuliyyətini İranın daşıdığını bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...