Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

PAPA ƏRDOĞANI ayaq üstə qarşıladı – FOTO – VİDEO

Apostol Sarayının qarşısında Ərdoğanın qarşılanma mərasimi keçirilib.

Türkiyə Prezidenti Ərdoğan Vatikana səfər edib.

Din.az xəbər verir ki, Ərdoğanı katoliklərin ruhani lideri Papa Fransisk ilə görüşmək üçün gəldiyi Apostol Sarayının qarşısında qarşılanma mərasimi keçirilib.

Ərdoğan və xanımı Əminə Ərdoğan San Damaso qapısında Papalıq İqamətgah Valisi baş Yepiskopu Georq Qansvein tərəfindən qarşılanıb.

Qarşılanma mərasimindən sonra Türkiyə prezidenti Ərdoğan Papa Fransisk ilə baş-başa danışmaq üçün görüşün keçiriləcəyi yerə gedib. Görüş zamanı Türkiyə-Vatikan münasibətləri, Qüdslə bağlı yaşananlar, Suriya və bölgədəki problemlər, əcnəbi və islam düşmənçiliyi müzakirə mövzularından biri olacaq.

Görüşmə zaman Papa Türkiyə prezidenti Ərdoğanı ayaq üstə qarşılayıb.
Mərasim zamanı Vatikanı və Papanı qorumaq üçün xidmət göstərən isveçrəli mühafizəçilər də hazır vəziyyətdə olub.

İki lider arasında görüş 11:50-də başa çatıb. Ərdoğanla Papa arasında 1 saat davam edən görüşmədən sonra hər iki liderin mediaya açıqlama verəcəyi gözlənilir.
Vatikandakı görüşlərdən sonra isə Ərdoğan Romada İtaliya prezidenti Sergiyo Mattarella ilə görüşəcək.

Qeyd edək ki, Ərdoğanın bu səfəri 59 illik fasilədən sonra Türkiyədən Vatikana prezident səviyyəsində edilən ilk ziyarət hesab olunur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...