Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Papa Ərəbistan Yarımadasına gedir: 120 min insanla görüş

Pulsuz biletlər Ərəbistan yaramadasındakı kilsələr tərəfindən paylanılacaq.

Roma Papası Fransiskin iştirakı ilə 5 fevralda Əbu-Dabidə keçiriləcək dini ayini 120 min insan canlı izləyə biləcək.

Din.az xəbər verir ki, bu barədə “National” nəşri yazıb.

Mərasim Əbu-Dabidəki “Zayed” stadionunda keçiriləcək. Pulsuz biletlər Ərəbistan yaramadasındakı kilsələr tərəfindən paylanılacaq. Biletlərin böyük hissəsi BƏƏ, Oman və Yəməndəki kilsələrə ayrılacaq.

Qeyd edək ki, Roma Papası Fransisk 3-5 fevral tarixlərində BƏƏ-yə səfər edəcək. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...