"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Papa Fransisk : “Azərbaycanlılara deyəcəm ki, kiçik bir torpaq üçün…”

Share Button

Fransisk saxta “erməni soyqırımı”nı niyə tanıdı?

Ermənistan səfərindən  qayıdan  Roma Papası Fransisk  təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Jurnalistlərin “hazırlanan mətndə “erməni soyqırımı” ifadəsi yox idi, niyə “soyqırım” sözünü işlətdiniz? Bunun sülh üçün faydalı olacağını düşünürsüz?” sualına cavab verən Papa ermənilərə qarşı “soyqırım” işlədildiyini bir daha təkrarlayıb.

“Keçən əsrdə 3 belə hadisə olub. Erməni “soyqırımı”, Hitlerin  soyqırımı və Stalinin etdiyi soyqırım. Doğrudur, mətndə belə bir cümlə yox idi, amma mən Ermənistanın dövlət başçısının çıxışından çox həyəcanlandım. Düşündüm ki, keçən il söyləmədiyimi bu il də qaçırsan doğru olmaz”.

Xocalı soyqırımında birbaşa iştirak edən və bu cinayətini gizlətməyən Sarkisyanı tərifləyən Papa erməniləri “cəsur xalq” adlandırıb.

“Keçən həftə Putin ilə Azərbaycan və Ermənistan  prezidentlərinin birlikdə fotoşəkillərini görməyimə çox sevindim; Ən azından danışırlar.  Razılaşaq,  bir-birimizi bağışlayaq və gələcəyə baxaq. Erməni xalqı çox acı çəkdi.”

Oktyabr ayında Azərbaycana da səfər edəcəyi xatırladılan və  Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanda nələri danışacağı soruşulan Papa bunları deyib.

“Azərbaycanlılara həqiqətləri, yəni  Ermənistanda gördüklərimi  və hiss etdiklərimi  deyəcəyəm. Onları da ruhlandıracam. Kiçik bir torpaq parçası üçün ( Papa “kiçik torpaq parçası” dedikdə Qarabağı nəzərdə tutur : red) sülh etməməyin, qaranlıq bir şey mənasına gəldiyini də deyəcəyəm:Amma bunu hamıya deyirəm, Azərbaycanlılara da, ermənilərə də”, – deyə Papa xiristian təssübkeşliyinə əsaslanan açıqlamasını davam etdirib.

“Din.az” Papanın çıxışı ilə bağlı hazırlanmış videosüjeti təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir