Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

PAPA FRANSİSK Bərzaniyə təşəkkür etdi

Bərzani ilə katoliklərin lideri Papa Fransisk arasında ikitərəfli görüş keçirilib.

Vatikandakı Apostolik sarayında İraq Kürdüstan Regional Hökumətinin baş naziri Nəçirvan Bərzani ilə katoliklərin lideri Papa Fransisk arasında ikitərəfli görüş baş tutub.

Din.az xəbər verir ki, Bərzani hökumətindən verilən açıqlamada bağlı qapılar arxasında keçirilən görüş zamanı İraqdakı xristianların vəziyyəti, terror hadisələri səbəbindən evlərindən didərgin düşənlərin geri dönməsi, həmçinin Ərbil və Bağdad arasındakı problemlərin müzakirə olunduğu bildirilib.

Papa İŞİD hücumları zamanı evlərini tərk edib getmək məcburiyyətində qalanlar, xüsusilə xristianlara qapılarını açdığı üçün Bərzaniyə təşəkkür edib, İdlib və Bağdad arasındakı bütün problemlərin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.

Açıqlamada həmçinin bildirilir ki, İKRH-nin lideri Bərzani Kürdüstan məsələsi ilə bağlı problemlərin həll edilməsi istiqamətində papanın vasitəçi olmasını istəyib. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...