Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Papa Fransisk də instaqrama qoşuldu – FOTO

Roma Papası artıq ilk fotosunu da paylaşıb

Roma Papası Fransisk İnstaqramda özünə hesab açıb.

“A24.az” xarici mətbuata istinadən xəbər verir ki, Papa sosial şəbəkədə ilk fotosunu da paylaşıb. O, dua edərkən çəkilmiş şəklini hesabında yerləşdirərək “Mənim üçün dua edin” sözlərini yazıb.

Papanın niki “@Franciscus”dur. Səhifə aktivləşdikdən yarım saat sonra 220 mindən çox istifadəçi Papa Fransiski izləməyə başlayıb.

Papanın sosial şəbəkəyə qoşulmasını İnstaqramın banisi Kevin Sistro da alqışlayıb. O, Fransisklə görüş zamanı çəkilmiş fotolarını paylaşaraq “Papanın İnstaqramda ilk fotosunu yerləşdirməsi inanılmaz andır. Bizim cəmiyyətə xoş gəldiniz! Sizin müraciətləriniz, rəhminiz və mərhəmətiniz silinməz izlər qoyacaq” sözlərini yazıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...