Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

PAPA FRANSİSK miqrantların müdafiəsinə qalxdı

Papa: “Əcnəbi miqrantlara qarşı qorxunu aradan qaldırmaq lazımdır”.

Roma Papası Fransisk Müqəddəs Pyotr kilsəsində ənənəvi bazar günü ibadətindən sonra yığışan insanlara miqrant və qaçqınlar gününə həsr olunmuş moizə ilə müraciət edib.

Din.az-ın məlumatına görə Papa bildirib ki, əcnəbi miqrantlara qarşı qorxunu aradan qaldırmaq lazımdır.
“İnanclı insanların müəyyən narahatlıqları var. Onlar miqrantların mövcud qaydaları, düzəni pozduqlarını düşünürlər.

Yeni gələnlər qarşıdurmalardan, qınaq, ayrı-seçkilik, uğursuzluqdan qorxurlar və bu, başadüşüləndir. Şübhə və qorxu günah deyil. Bu qorxuların reaksiyalarımızı formalaşdırmasına, seçimlərimizi məhdudlaşdırmasına, hörmət və səxavətliliyimizi pozmasına imkan vermək günahdır”, – deyə Papa bildirib. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...