Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Papa Fransisk: Müasir evliliklərin çoxu müvəqqətidir

“Evliliyin qalıcılığını anlamırlar”

Katolik xristianların ruhani lideri Papa Fransisk evli cütlüklərlə bağlı mübahisə yaradan bir açıqlama verib.

“Din.az” xəbər verir ki, Vatikanda etdiyi çıxışı zamanı dinləyicilərdən evliliklər haqda gələn bir sualla bağlı günümüzdəki evliliklərin əksəriyyətinin etibarsız olduğunu ifadə edən Papa, “Müvəqqəti bir mədəniyyət içərisində yaşayırıq” deyib.

“Evliliyin qalıcılığını anlamırlar”

Papa, bu açıqlamasının səbəbi olaraq günümüzdə çütlüklərin əksəriyyətinin evliliyin qalıcı və bir dəfə olduğu barədə həqiqəti anlamadıqlarını bildirib.

“Uşaq üçün evlənirlər”

Papa olmadan əvvəl Buenos Ayresdə vəzifəsini yerinə yetirən zaman hamilə olan qadınların Katolik evliliyi etmələrinə icazə vermədiyini bildirən Papa Fransisk, bunun səbəbi olaraq bu cütlüklərin uşaq üçün evləndiklərini göstərib.

Gənclərin çox şeyi yaxşı yaşamaları üçün etdiklərini, ancaq yaşamaqla bağlı dərin məlumatlarının olmadığını tənqid edən Papa Fransisk, gənclərdə məşhur bir fərdiyyətçilik axını olduğunu bunun da bütün cəmiyyəti mənfi təsir etdiyini iddia etdi.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...