Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Papa müsəlman ölkəsinə görə çağırış etdi: Uşaqların ah-naləsi Allaha çatır

“Bu ölkədə uşaqlar aclıqdan əziyyət çəkir, onlar anbarlardakı ərzaqları ala bilmirlər”.

Roma Papası Fransisk onminlərlə insanın aclıq və xəstəlikdən əziyyət çəkdiyi Yəməndəki humanitar böhranla bağlı dərin narahatlıq keçirdiyini bildirib.

Din.az xəbər verir ki, bu barədə Papa Vatikandakı Müqəddəs Pyotr meydanında çıxışında deyib.

“Bu ölkədə uşaqlar aclıqdan əziyyət çəkir və onlar anbarlardakı ərzaqları ala bilmirlər. Bu uşaqların və valideynlərinin ah-naləsi Allaha çatır”, – Papa bildirib.

Papa konflikdə iştirak edən tərəflərə, eyni zamanda beynəlxalq ictimaiyyətə çağırış edərək Yəməndə təcili razılığın əldə olunması üçün hərəkətə keçmələrini istəyib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...