Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Papa Romanın boş küçələrini gəzdi

Papa Fransisk karantindəki Romanın boş küçələrini gəzib, dualar etdi

Roma Papası Fransisk Vatikandan çıxaraq koronavirus səbəbindən boş olan Roma küçələrində gəzib, xristianlar üçün müqəddəs yerləri ziyarət edib və pandemiyanın bitməsi üçün dualar edib.

“HaberGlobal”ın məlumatına görə, bu barədə Vatikanın rəsmi saytında məlumat verilib.

Bildirilir ki, o, xristianlar üçün müqəddəs sayılan Santa Mariya-Major bazilikasını ziyarət edib. Sonra piyada San Marçelo al-Korso bazilikasına qədər gedib.

Roma Papası küçədə gedərkən yollar, demək olar ki, boş olub.

Qeyd edək ki, koronavirus səbəbindən İtaliyanın bir sıra şəhərlərində karantin elan olunub.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...