Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Papa, Türkiyədə yaşananları anlamadığını söylədi

Roma Papası dövlət çevrilişinə cəhdlə bağlı ilk dəfə danışdı…

Katoliklərin ruhani lideri və Vakitan şəhərinin dövlət başçısı Papa Fransisk dövlətə çevriliş cəhdindən sonra Türkiyədə yaşananlar haqqında niyə heç danışmadığı ilə bağlı açıqlama verib.

“Din.az” xəbər verir ki, Papa, “bu mövzuda danışmadım, çünki aldığım məlumatlara görə hələ orada nə baş verdiyindən əmin deyiləm” deyib.

Katolik kilsəsinin 2-ci illiyində təşkil edilən Dünya Gənclik Günü səbəbi ilə 27-31 iyul tarixlərində Polşaya ziyarət gedən Papa Fransisk Romaya qayıdarkən təyyarədə mətbuat konfransı keçirib.

Bir müxbir Papaya Türkiyədəki dövlət çevrilişinə cəhdlə bağlı  sual verib, Papa isə bunları söyləyib:

“Nə yaşandığını bilmirəm…”

“Nəticələrini bildiyiniz zaman, Türkiyənin xoşuna gəlməyəcək bir şey söyləməyimiz lazım olanda bunu söylədim. Lakin dediklərimdən əmin idim. İndi isə danışmadım, çünki aldığım məlumatlara görə, hələ orada (Türkiyədə) nə baş verdiyindən əmin deyiləm.

“Anlamağa çalışırıq…”

Dövlət Katibliyinə gələn məlumatları və bəzi vacib siyasi analizçiləri dinləyirəm. Dövlət Katibliyimizlə birlikdə bu vəziyyət üzərində çalışırıq və hələ bu dəqiq deyil”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir