Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Papa uşağa təcavüz edən Baş Yepiskopu kilsədən qovdu – FOTO

Baş yepiskop Kristian Preçti tutduğu vəzifədən azad edildi.

Vatikan adı uşaq təcavüzündə hallanan, Çilinin paytaxtı Santiyaqodakı kilsədə xidmət göstərən Baş Yepiskop Kristian Preçti tutduğu vəzifədən uzaqlaşdırıb.

Din.az türk mediasına istinadən xəbər verir ki, son zamanlar uşaq təcavüzləri ilə bağlı hadisələr Katolik Kilsəsinin başına dərd olmaqda davam edir.

Bu dəfə Vatikan Santiyaqo şəhərində himayəsində olan katolik kilsəsinin Baş Yepiskopu Kristian Preçti tutduğu vəzifədən azad edib. Verilən qərarın rəsmi olduğu və Roma Papası Fransisk tərəfindən təsdiq edildiyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl də Preçt uşaq təcavüzü və 4 rahibin uşaqlara etdiyi təcavüz hallarını gizlətdiyi üçün 5 il Baş Yepiskop xidmətindən uzaqlaşdırılmışdı.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...