Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Papa zorlanmış qadınlardan üzr istədi

Papa: “Qadınların zorlanması insanlıq cinayətidir”.

Roma papası Fransisk fahişəliyə cəlb olunan qadınlardan katoliklər adından üzr istəyib.

Din.az bildirir ki, Papa Fransisk Vatikanda təşkil olunan tədbirlərin birində Nigeriyadan İtaliyaya gətirilərək məcburi şəkildə fahişəliyə cəlb edilən və sonra qaçmağı bacaran qadının sualına cavab verməli olub.

Papa cavabında bir neçə dəfə zorlanmış qadınlarla görüşüb həyat hekayələrini dinlədiyini deyib: “Pul qarşılığında cinsi əlaqəyə məcbur edilmək cinayətdir. Bu cür insanlar cəzalandırılmalıdır. Buna adət edən gənclər varsa, bu fikirdən daşınmalıdırlar. Bu, sevişmək deyil, qadına verilən işgəncədir və xəstə təfəkkürün nəticəsidir”. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...