Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Papadan dindarlara xəbərdarlıq: Firon kimi yaşamayın

“Firon kimi deyil, sadə şəkildə yaşayın”.

Roma Papası Fransisk İtaliya Yepiskoplar Konfransında bəzi xəbərdarlıq və məsləhətlərini verib.

Din.az xəbər verir ki, cinsi istismar və maliyyə qalmaqallarının rahibliyə zərər verdiyini qeyd edən Papa yepiskoplara xəbərdarlıq edib. Həmin xəbərdarlıqda Papa bildirib ki, firon kimi deyil, sadə şəkildə yaşayın. Bundan başqa Papa qalmaqal və həvəssiz fəaliyyətin gəncləri kilsədən uzaqlaşdırdığına işarə edib.

İtaliyanın ANSA agentliyinin yayımladığı xəbərə görə Papa korrupsiya və şəffaflıq mövzusundakı narahatlığını bildirərək bunları qeyd edib:

“Bəzən inananların kasıblıqdan danışmayıb firon kimi yaşadıqlarını görürük. Kasıblıqdan danışıb lüks şəraitdə yaşamaq da bir-birinin əksinə işlədilmiş ifadə olur. Pulun şəffaflıqdan uzaq idarə edilməsi və ya kilsənin mallarına şəxsi malın kimi davranılması rüsvayçılıqdır. Bilirsiniz ki, bəzi bölgələrdəki yepiskoplarda maliyyə qalmaqalları meydana gəldi. Bir rahibin səlahiyyətindən uzaq olan vəziyyətlərə özünü soxaraq idarə etdiyini görmək və ya daha da pisi, dulun pulunu dürüst olmayan şəkildə idarə etdiyini eşitmək məni çox üzür. Vəzifəmizi nümunə olacaq şəkildə, açıq və ortaq qanunlar çərçivəsində davam etdirməyimiz lazımdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...