Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Papadan etiraf: Keşişlər bir çox rahibələri əxlaqsızlığa sövq edirlər

Papa: Rahibələr bəzən “seks kölələri” olurlar.

Roma Papası Fransisk katolik kilsəsinin bəzi keşişlərinin rahibələrə təcavüz etdiyini, hətta onları “seks kölələrinə” çevirdiklərini etiraf edib. Onun sözlərinə görə, onun sələfi Papa Benedikt buna görə cinsi zorakılığa məruz qalan rahibələrin konqreqasiyasını ləğv etməyə məcbur olmuşdu.

Din.az bildirir ki, bu barədə BBC məlumat yayıb.

Fransisk rahibələrin katolik kilsəsi nümayəndələri tərəfindən cinsi istismar edildiyini etiraf edən ilk pontifik sayılır.

Fransisk Yaxın Şərq səfəri çərçivəsində jurnalistlərə verdiyi açıqlamda kilsənin bu problemi aradan qaldırmağa çalışdığını, ancaq belə xoşagəlməz halların hələ də yaşandığını vurğulayıb.

“Papa Benedikt özündə cəsarət taparaq qadın köləliyinə görə konqreqasiyanın ləğv olunması haqqında qərar çıxardı. İş elə yerə çatmışdı ki, bəzi keşişlərin və ya konqreqasiya qurucusunun adı qadınların “seksual köləliyə” cəlb olunmasında hallanırdı”, – deyə Fransisk bildirib. / Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...