Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Roma Papası Maduronun məktubuna cavab verib

Papa Maduronun məktubunu cavabsız qoymadı.

Venesuela prezidenti Nikolas Maduro Roma Papası Fransiskə məktub yazaraq ondan ölkədə hökumətlə müxalifət arasında dialoqun asanlaşdırılmasına kömək etməyi xahiş etmişdi.

Din.az xəbər verir ki, Papa Maduronun məktubunu cavabsız qoymayıb. O, məktubda ölkədəki vəziyyətdən çox narahat olduğunu, münaqişənin həllinə dair bütün cəhdlərin heç bir nəticə vermədiyini ifadə edib.

Fransisk əldə edilmiş razılaşmaların praktikada heç vaxt həyata keçirilmədiyini, lakin bununla belə həmişə Venesuelada vəziyyətin dəyişdirilməsi üçün konstruktiv dialoqun tərəfdarı olduğunu bəyan edib. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...