Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Papadan şeytanla bağlı GÖZLƏNİLMƏZ SÖZLƏR – Hamı ÇAŞ-BAŞ QALDI – VİDEO

“Şeytan pislikdir, Milandakı sis deyil. Yayılan bir şey deyil, gerçək bir şəxsdir”.

“Şeytan sis deyil, gerçək bir şəxsdir, ancaq onunla dialoqa girməyin”.
Din.az xəbər verir ki, bu fikirləri Katolik Kilsəsinin lideri, Papa Françesko İtaliya Katolik Kilsəsinin televiziya kanalı TV2000-də ötən gün yayımlanan proqramda çıxışı zamanı deyib.
Fikirləri ilə çaşqınlığa səbəb olan Papa insanlara səslənərək bildirib ki, şeytanla dialoqa girənlər qeyb ola bilər.
“Şeytan pislikdir, Milandakı sis deyil. Yayılan bir şey deyil, gerçək bir şəxsdir”.

Papa izləyiciləri şeytanla əlaqədən uzaq durmağı tövsiyə edib: “Tam əmin olduğum bir şeyi qeyd etmək istəyirəm. Şeytanla dialoqa girməyin. O bizdən də ağıllıdır. Sizi alt-üst edər, başınızı döndürər, itərsiniz”.
Proqramın aparıcısı Don Marco “Yəni şeytanın bir adı və soyadı olduğunu deyirsiniz?” sualına, Papa “Bəli, əminəm”, – deyə cavab verib.
Papa həmçinin şeytanın “incə davranaraq” insanların beyninə girdiyini deyib: “Əgər nə baş verdiyini tez anlamasanız, sonu pis ola bilər”.
Papa Françesko bundan əvvəl bir neçə dəfə şeytandan danışmışdı və “yeni nəsil şeytanın bir fiqur olduğuna inandırılıb. Amma şeytan var və onunla mübarizə aparmaq lazımdır”, – deyə bildirmişdi.
Qeyd edək ki, Papa Françesko 2013-cü ildə Vatikanda xəstə bir nəfərin başına toxunaraq dua etmişdi və bu dua “şeytan çıxartma ayini” olaraq şərh edilmişdi. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...