Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Papanın bu sözləri yəhudi lobbisini bərk əsəbləşdirdi

“Düşərgələrdə insanlar sıx halda toplanıblar. Oralar sanki toplanma mərkəzləri kimidir”.

Romada ötən gün bir ayinə qatılan Papa Fransisk ötən il Yunanıstanın Midilli adasına getdiyini və orada gördüklərini danışıb.

“Din.az” xəbər verir ki, Papa düşərgələrdə çətin vəziyyətdə yaşayan qaçqınlara diqqət çəkmək istəyib: “Düşərgələrdə insanlar sıx halda toplanıblar. Oralar sanki toplanma mərkəzləri kimidir”.

Papa beynəlxalq müqavilələrin bu gün insan haqlarından daha irəlidə durduğunu bildirib. O əlavə edib ki, Siciliya, Lampedusa və Midillinin qaçqınlar barəsində göstərdiyi comərdliyi Avropanın şimalındakı ölkələr də göstərməlidir.

Bu sözlərin ardınca açıqlama verən Nyu-York mərkəzli Amerika Yəhudi Komitəsinin başçısı David Harris Papanın bu sözlərinə diqqət çəkib.

O, dini liderə işlətdiyi “toplanma mərkəzləri ” bənzətməsini yenidən dəyərləndirməyi məsləhət bilib: “Bəzi Avropa ölkələrindəki miqrant mərkəzlərində yaşayış şəraiti çətin ola bilər. Razıyam ki, o yerlər üçün beyəlxalq səviyyədə daha çox diqqət ayırmaq lazımdır, ancaq oralar əsla bir “toplanma mərkəzi” deyil”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...