Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Papanın SİRK SEVGİSİ ciddi qınağa səbəb oldu

“Heyvanlar insanların əyləncəsi olmamalıdır”.

Papa Fransisk daha əvvəl də sirki ziyarət etmiş, onun üçün hazırlanmış tamaşanı izləmişdi.

Katolik xristianların ruhani lideri Papa I Fransisk İtaliyada yaşayan iki minə yaxın evsizi və qaçqını sirk nümayişinə dəvət edib.

Din.az xəbər verir ki, onun bu dəvəti heyvan haqları müdafiəçilərini narahat edib.

Onlar iddia edirlər ki, heyvanlar insanların əyləncəsi olmamalıdır.

Məsələ ilə bağlı Vatikandan hər hansı açıqlama verilməyib.

Papa və heyəti üçün 2100 yer ayıran “Sirk Medrano”nun mətbuat sözçüsü Brayan Kasartelli isə deyib ki, burda anormal heç nə yoxdur.

“Bir heyvan 5 dəqiqəlik nümayiş göstərir. Geridə qalan vaxtda isə açıq havada olurlar, ya da biz onlara təlim keçirik” — Kasartelli bildirib.

Qeyd edək ki, Papanın sirkə olan marağı yeni deyil. Dini lider daha əvvəl də sirki ziyarət etmiş, onun üçün hazırlanmış tamaşanı izləmişdi. Papa Fransisk sirk ustaları üçün dua da etmişdi.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...