Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Papaya 1 milyon dollarlıq təklif

Papaya bütün heyvan mənşəli məhsullardan imtina etmək təklif edilib.

Roma Papası Fransiskə 1 milyon dollar qarşılığında veqan olmaq təklif olunub.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu təklifi Pol Makkartni, Mobi, aktrisa Mina Suvari kimi ekologiya müdafiəçisi olan məşhurların qoşulduğu “Million Dollar Vegan” kampaniyası edib.

Katolik kilsəsinin başçısına kampaniya çərçivəsində martın 6-sından aprelin 20-sinə qədər bütün heyvan mənşəli məhsullardan imtina etmək təklif edilib.

Qazanılan milyon dollar isə xeyriyyə işlərinə sərf ediləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...