Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Paris Notr-Dam kilsəsinin bərpası 10-15 ilə başa gələcək

Kilsənin bərpa işləri 3 mərhələdən ibarət olacaq.

“Notr-Dam-de-Parinin bərpası 10-15 ilə başa gələcək”.

Din.az xəbər verir ki, bu sözləri Fransanın Tarixi Abidələrin Bərpası Şirkətləri Qrupunun (GMH) nümayəndəsi Frederik Letoffe jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib.

F.Letoffe qeyd edib ki, son 2-3 saatda bununla bağlı çox fikirlər səslənib: “Hətta kilsənin 3-4 ilə bərpa etməyin mümkünlüyündən də danışıldı. Lakin real vəziyyət başqadır. Biz abidəni bərpa etməzdən əvvəl onun tam təhlükəsizliyini təmin etmək üçün üzərində işləməliyik. Birinci mərhələ isə məhv olmuş tavanın yerinə çətir ilə böyük “iskele” tikməkdən ibarət olacaq”.

Ekspert bərpa işlərinin 3 mərhələdən ibarət olacağını əlavə edib.

Mətbuat konfransında iştirak edən ekspertlər ümumilikdə abidənin çökmək fərziyəsini təkzib ediblər. Lakin tikilinin soyuduqca bəzi yerdəyişmə hallarına məruz qala biləcəyi ehtimalı hələ də qalır. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...