Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Paris Notr-Dam kilsəsinin uçmaq təhlükəsi hələ də qalmaqdadır

Məşhur kilsə mütəxəssislərin daim nəzarəti altındadır.

“Paris Notr-Dam kilsəsinin uçmaq təhlükəsi hələ də qalır”.

Din.az xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.

O, bütün risk amilləri hələlik aradan qaldırılmasa da, bina mütəxəssislərin daim nəzarəti altında olduğunu qeyd edib.

Nazir kilsədəki sənət əsərləri və əşyaların mühafizəsi üçün aidiyyəti qurumlar tərəfindən iki gün sonra fəaliyyətə başlanacağını da diqqətə çatdırıb.

Xatırladaq ki, dünən “Notr-Dam-de-Pari” kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...