Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Parisdə yüzlərlə insan Əlcəzair prezidentinə qarşı küçələrə çıxıb

Əlcəzair prezidentinin yenidən namizədliyini irəli sürməsinə etiraz edildi.

Parisdə bu gün səhər yüzlərlə insan Əlcəzair prezidenti Əbdüləziz Buteflikanın yenidən namizədliyini irəli sürməsinə etiraz əlaməti olaraq küçələrə çıxıb.

Din.az xəbər verir ki, Respublika meydanına çıxan nümayişçilər əllərində Əlcəzair bayraqları və “Biz monarxiya deyil, demokratiya istəyirik”, “Prezident- sağ olan kəsdir” yazılı plakatlar tutublar.

Aksiyada Parisdə yaşayan Əlcəzair vətəndaşları iştirak ediblər.

Qeyd edək ki, Əlcəzairdə artıq üç həftədir ki, 82 yaşlı Buteflikanın beşinci dəfə prezident postuna namizədliyini irəli sürməsinə etiraz əlaməti olaraq aksiyalar keçirilir. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...