Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Parisin Notr-Dam Kilsəsində yanğın baş verib  – Video

Paris Notr-Dam Kilsəsi yandı.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğının səbəbləri açıqlanmasa da, binada restavrasiya işlərinin aparıldığı bildirilib. Alov kilsənin tavanından və pəncərələrindən qalxır. Yanğına ilk reaksiya verən şəxs isə ABŞ prezidenti Donald Tramp olub.

O, “Notr Damın yanmasına baxmaq dəhşətdir. Yanğınsöndürən helikopterlərdən istifadə olunmalıdır. Cəld tərpənmək lazımdır”, – deyə bildirib.

***

“Anadolu” agentliyinin məlumatına görə, yanğın səbəbindən kilsənin qülləsi uçub.

Hadisədən sonra Fransa prezidenti Emmanuel Makron bir neçə aydır aksiya keçirən “Sarı jiletlilər”in gözləntiləri ilə bağlı keçirəcəyi mətbuat konfransını ləğv edib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...