Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Parlament sədrinin I müavini: “Keşikçi Dağı məsələsini şişirtməyək, məsələ həll olunur”

“Hazırda məsələ tərəflər arasında həll olunur və danışıqlar gedir”.

“Məsləhət görərdim ki, Keşikçi Dağı məsələsini şişirtməyək. Çünki hazırda məsələ tərəflər arasında həll olunur və danışıqlar gedir”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu “Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Sədrin I müavini qeyd edib ki, Gürcüstanda bəzi naşı dövlət adamları bəyanatlar verirlər: “Bunu da hansı qüvvələrin təsiri altında etdikləri bizə məlumdur. Çünki onlar iki dövlət arasında olan münasibətlərə xələl gətirmək istəyirlər. Xatırladım ki, Azərbaycanla Gürcüstan mehriban qonşu ölkələrdir. Bu isti münasibətlər bundan sonra da davam edəcək”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...