Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Parlamentdə qəbiristanlıq və dəfn mərasimi ilə bağlı müzakirə aparılıb

“Bəzən insanlar tərəfindən qəbiristanlıqlarda qabaqcadan yerlər alınır”.

“Yaxın zamanda Nazirlər Kabineti tərəfindən nümunəvi qəbiristanlıqların yaradılması və idarə olunması ilə bağlı sərəncam olacaq. Sənəddə qəbiristanlıqlar üçün yerlərin ayrılması, idarə olunması, formaları kimi məsələlər öz əksini tapacaq”.

Din.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov “Bələdiyyələrin statusu haqqında” qanununa təklif olunan dəyişikliklərin müzakirəsi zamanı çıxış edərkən deyib. O bildirib ki, bəzən insanlar tərəfindən qəbiristanlıqlarda qabaqcadan yerlər alınır: “Bu məsələlərdə ardıcıllıq həyata keçirilməlidir. Hökumət tərəfindən hazırlanan sənəd belə problemlərin qarşısını alacaq. Bu qədər dəm-dəstgaha, artıq xərclərə ehtiyac qalmayacaq”.

S. Novruzov qeyd edib ki, müasir dövrdə elə xəstəliklər var ki, bu xəstəlik uzun müddət həllini tapa bilmir və belə insanlar əkin sahələrindən, məktəb, xəstəxana və su hövzələrindən kənarda dəfn edilməlidir: “Əks halda, bu problemlərə səbəb olur. Bundan əlavə, yas və dəfn mərasimi ilə bağlı anlayışlar fərqlidir. Belə ki, qanuna əsasən, bələdiyyələrin üzərinə yasla bağlı xərclərin qoyulması onların işində çətinliklər yarada bilər. Əgər kiminsə dəfn etməyə imkanı yoxdursa, o zaman bələdiyyələr belə insanlara yalnız dəfn mərasimində yardım etməlidir. Amma yas mərasimini ev sahibi özü istəyinə uyğun şəkildə keçirməlidir. Əgər biz bələdiyyələrə yas mərasimi ilə bağlı səlahiyyət versək, o zaman hər kəs bələdiyyəyə müraciət edəcək və bu da onların üzərinə yük olacaq”.

Deputat qeyd edib ki, şəhid adının əbədiləşdirilməsi və güzəştlər haqqında məsələyə bələdiyyələr də daxil edilməlidir: “Bildiyiniz kimi bu prosedurlar dövlət büdcəsi hesabına həyata keçirilir”.

Müzakirələrdə çıxış edən Qənirə Paşayeva qeyd edib ki, bu qədər səlahiyyəti yerinə yetirmək bələdiyyənin gücü xaricindədir: “Bələdiyyələrə ilkin olaraq bu vəsaitin verilməsi məsələsinə baxılmalıdır. Yaxında büdcə müzakirələri olacaq. Bu məsələni qaldırmaq lazımdır”.

Deputat İham Əliyev həmkarı Qənirə Paşayevanın fikirlərinə dəstək olub: “Kənd bələdiyyələrinin maliyyəsi yoxdur. Maliyyəsi olmayan yerdə onları yükləmək düzgün deyil. Çünki yerli əhali bu zaman bələdiyyəyə müraciət edir. Bələdiyyənin yas mərasimini təşkil etməsi onun gücündə deyil. Həmçinin bu məsələ qəbiristanlıqların abadlaşdırılmasına da aiddir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...