Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkib – FOTO

Xocavənd rayonunun Çartar kəndində “Surb Vardanak” kilsəsi istifadəyə verilib.

Ermənistan prezidenti Armen Sarkisyanın ardınca təcavüzkar ölkənin baş naziri Nikol Paşinyan da işğal altındakı Azərbaycan torpaqlarında kilsəyə baş çəkib.

Din.az xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.

Müdafiə naziri David Tonoyanla birgə iyunun 16-ı səhər saatlarında yenə də helikopterlə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gələn Nikol Paşinyan ilk növbədə Xocavənd rayonunun Çartar kəndində yeni tikilən “Surb Vardanak” kilsəsini ziyarət edib. O, separatçı rejimin başçısı Bako Saakyan və rejimin keşişi Parqev Martirosyanın müşayiəti ilə kilsənin açılış mərasiminə qatılıb. Məlumatı Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeğoyan təsdiq edib.

Xəbərdə qeyd edilir ki, sözügedən kilsə 2014-cü ildən əslən Çartar kəndindən olan Rusiyadakı iş adamı Vladimir Avaqyanın maliyyəsi hesabına tikilib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...