Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Paşinyan din xadimi ilə birlikdə Azərbaycan sərhədinə gəldi – FOTO

Azərbaycanın Ermənistanla sərhəddə yerdəyişmələr etməsi işğalçı tərəfi bərk həyəcanlandırıb.

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən gün Azərbaycanla sərhəd bölgəsində yerləşən döyüş postlarına baş çəkib.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, onu bu səfərdə bütün ermənilərin katalikosu İkinci Qaregin və baş qərargah rəisi Artak Davtyan müşayiət edib.

N.Paşinyan əvvəlcə modernləşdirilmiş texnikaya baxış keçirib, onların istehsal tarixi ilə maraqlanıb. Sonra isə döyüş mövqeyində xidmət keçən əsgər və zabitlərlə görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Bir neçə hərbçini isə mükafatlandırıb. Onun Azərbaycan əsgərinin postlarına baxdığı anları əks etdirən fotolar da yayılıb.

N.Paşinyan hərbçilərin qarşısında çıxış edib və tost deyib.

Qeyd edək ki, Azərbaycanın Ermənistanla sərhəddə yerdəyişmələr etməsi işğalçı tərəfi bərk həyəcanlandırıb. Konkretləşdirilməsə də, Paşinyanın Tavuş bölgəsinə səfər etdiyi istisna olunmur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...