Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Paşinyan erməni kilsəsinə sərt xəbərdarlıq edib

“Onlar çox sərt əks-zərbə alıb, diz çökəcəklər”…

“Ermənistan xalqı hökumətin Ümumerməni kilsəsinin daxili işlərinə qarışmağı tələb edərsə, hakimiyyət təcili olaraq bunu müzakirəyə çıxarıb uyğun addımlar atacaq”.

Din.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Los-Ancelesdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan hökumətinin liberal siyasətini bəzi siyasi qüvvələr zəiflik kimi dəyərləndirir: “Bu səhv yanaşmadır. Bu hal artıq bəzi ruhani dairələrdə də müşahidə edilməkdədir. Bizim kilsənin daxili işlərinə müdaxilə etməyəcəyimiz barədə dediklərimizi “kilsədəkilər” zəiflik kimi qiymətləndirir. Onlar çox sərt əks-zərbə alıb, birbaşa və dolayı olaraq diz çökəcəklər. Təkrar xəbərdarlıq edirəm, bizim təbəssümümüzü və hörmətimizi kimsə zəiflik hesab etməsin”.  / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...