Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Pasxa bayramı münasibətilə Qaradağ rayonunun slavyanəsilli sakinləri ilə görüş keçirilib

Xalqlarımızın tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətləri davam etdirilir.

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) Müqəddəs Pasxa bayramı ərəfəsində rayonda yaşayan bir qrup slavyanəsilli sakinlərlə görüş keçirilib.

Din.az bildirir ki, görüşdə Qaradağ RİH başçısının müavini Təranə İsmayılova, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Qaradağ rayonu Rus İcmasının sədri Natalya Viktorovna Paramanova, Qaradağ rayonu Ukrayna Konqresinin sədri Qalina Fyodorovna Qasımova və icma üzvləri iştirak ediblər.

T.İsmayılova Müqəddəs Pasxa Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, xalqımızın tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətlərindən danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin nəticəsində ölkəmizdə sağlam ictimai-siyasi mühitin hökm sürdüyünü, tolerantlığın qorunub saxlanıldığını, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın bəslənilməsini diqqətə çatdırıb.

Sonra Qaradağ rayonu Ukrayna Konqresinin sədri Qalina Fyodorovna Qasımova Qaradağ rayonu Rus İcmasının sədri Natalya Paramanova və başqaları çıxış edərək, Qaradağ rayonunda Pasxa bayramının yüksək səviyyədə keçirilməsini qeyd edərək, rayon rəhbərliyinə öz təşəkkürlərini bildirmiş və tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik ediblər.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Munis Bayramov çıxış edərək, Müqəddəs Pasxa Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib və bildirib ki, yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olub.

Tədbirin sonunda 70 nəfər aztəminatlı slavyanəsilli ailəyə bayram münasibətilə ərzaq sovqatı təqdim olunub. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...