Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Patriarx Kiril Ukraynanın yeni seçilən Prezidentini təbrik edib

“Ukrayna pravoslav kilsəsinə mənsub ölkə vətəndaşlarının diskriminasiyasının bitəcəyinə ümid edirəm”.

Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril Ukraynanın yeni seçilən Prezidenti Vladimir Zelenskini təbrik edib.

Din.az xəbər verir ki, təbrikin mətni Rusiya Pravoslav Kilsəsinin saytında yerləşdirilib.

“Ukrayna xalqı sizin namizədliyinizi dəstəkləməklə həyatlarının yaxşıya doğru dəyişməsində sizə böyük ümidlər bağlayıb”, – mətndə vurğulanıb.

O, Ukrayna pravoslav kilsəsinə mənsub olan ölkə vətəndaşlarının diskriminasiyaya məruz qaldığını və bu əzabın bitəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, aprelin 21-də Ukraynada keçirilən prezident seçkisinin ikinci turunda Vladimir Zelenski 73,23 faiz səs toplayaraq qalib gəlib. Onun rəqibi Petro Poroşenko isə 24,45 faiz səs toplayıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...