Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Patriarx Kirill Mehriban Əliyevaya “MÜQƏDDƏS MƏLƏKSİMA KNYAGİNYA OLQA” ordenini təqdim edib

Mehriban Əliyeva dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətlərinə görə mükafatlandırıldı.

Moskvada Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim olunub.

Din.az xəbər verir ki, Xilasedici İsa Məsih məbədində keçirilən mərasimdə ordeni M. Əliyevaya Moskva və bütün Rusiyanın Patriarxı Kirill təqdim edib.

M. Əliyeva bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill tərəfindən təltif olunub.

Qeyd edək ki, bu ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilir.

Xatırladaq ki, 2013-cü ildə M. Əliyevanın himayədarlığı ilə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılıb. Bu il Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə abidənin ətrafındakı ərazidə abadlıq işləri görülüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...