Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Patriarxdan din xadimlərinə tövsiyyə: İdmanla məşğul olun

Patriarx Kirill hər gün idmanla məşğul olduğunu bildirdi.

Moskva və Rusiya patriarxı Kiril din xadimlərinə idmanla məşğul olmağı tövsiyə edib.

Din.az-ın APA-ya istinadən verdiyi məlumata görə, patriarx Kirill hər gün idmanla məşğul olduğunu söyləyib. O deyib ki, hər gün idmanla məşğul olmaq streslə mübarizədə ona kömək edir: “Mənim həyatımda idmanın müəyyən yeri var. Mən hər zaman idmanla məşğul oluram. Təsəvvür edə bilmirəm ki, əgər bədən tərbiyəsi məşğuliyyəti təcrübəm olmasaydı, indiki gərginliklə necə bacarardım. Mən hər gün idman hərəkətləri ilə məşğul oluram. Çünki bu, hər zaman insanı tonusda saxlayır. Hamıya tövsiyə edirəm, xüsusilə də bizim kilsənin xadimlərinə. Sağlam bədəndə sağlam ruh olar!”

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...