Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“PEGİDA” yenə müsəlmanları hədəf aldı

Almaniyada İslama qarşı ədalətsizlik davam edir.

Almaniyada mühacirət və İslam əleyhinə mübarizə aparan “PEGİDA” hərəkatının qurucularından Lutz Baxman qalmaqallı açıqlamalar irəli sürüb.

“din.az” saytı “A24.az”a istinadən xəbər verir ki, Almaniyada mühacirət və İslam əleyhinə mübarizə aparan “PEGİDA” hərəkatının qurucularından Lutz Baxman baş nazir Angela Merkelin siyasəti səbəbilə son bir il ərzində 700 000 insanın ölkədən çıxıb getdiyini və onların əvəzinə yüz minlərlə mühacirin gəldiyini bildirib.

e2b9e5db322247f884b5f5537dd92347_18

“RİA Novosti”yə müsahibə verən Baxman deyib: “Yüz minlərlə müsəlman gənc Almaniyaya gəlir və ölkənin ictimai sistemi üçün yük olur. Bundan başqa, bu gələnlərdən heç birinin həmin sistemdə rolu yoxdur. Ötən il Almaniyadan 700 000 orta sinif, yaxşı təhsil alan, vergisini ödəyən alman vətəndaşı ölkədən gedib”.

24e8df4300000578-2920124-pegida_s_co_founder_lutz_bachmann_pictured_appeared_in_two_newsp-m-2_1421857354886

Ölkəyə gələn mühacirlərin 80%-nin oxuyub yaza bilmədiyini, yaxud təhsil səviyyələrinin çox aşağı olduğunu qeyd edən Baxman həmçinin deyib: “Almaniyanın yenidən gözəl ölkə olması üçün bəlkə də, nə isə edə bilərik. Ölkədən gedən 700 000 mütəxəssis və vergi ödəyicisinin yerini mühacirlər tuta bilməz”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...