Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Penitensiar müəssisələrə din xadimlərinin dəvət olunması təklif edilir

Həbsxanadakı şəxslərin öz dini ibadətlərini yerinə yetirməsi üçün hər cür şərait yaradılır.

Penitensiar müəssisələrdə, müvəqqəti saxlama yerlərində dini-tərbiyəvi işin aparılması üçün din xadimlərinin dəvət olunması təklif edilir.

Din.az “Report”a istinadən xəbər verir ki, bu təklif Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində əks olunub.

Qeyd olunub ki, istər penitensiar müəssisələrə, istərsə də müvəqqəti saxlama yerlərinə baxışlar zamanı həm məhkumların, həm də saxlanılan şəxslərin öz dini ibadətlərini yerinə yetirməsi üçün yaradılan şərait daim diqqətdə saxlanılıb: “Məhkumların mənəvi-əxlaqi yanaşma yolu ilə islah edilmələri və bu məqsədlə dini-tərbiyəvi işin aparılması üçün din xadimlərinin həmin müəssisələrə dəvət olunması məqsədəmüvafiqdir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...