"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Peyğəmbər əxlaqı tamamlamaq üçün göndərilib?

Share Button

“Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm”. Bu hədis nə dərəcədə düzgündür?

Sual: Məlumdur ki, belə bir hədis var: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm”. Bu hədis nə dərəcədə düzgündür? Quranda bununla bağlı bir hökm varmı?

Cavab: Bəli, peyğəmbərimizdən belə bir hədis nəql edilib: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm” (Muvatta. “Hüsnü-l-xulq”, 8; Əhməd ibn Hənbəl, 2/381).

Hədis mütəxəssisləri qeyd ediblər ki, bu hədisdə hədis elmi baxımından bir problem yoxdur; rəvayət zənciri (istinad) həsəndir.

Quranda isə peyğəmbərimizin haqqında belə deyilir: “Həqiqətən də, sən böyük əxlaq sahibisən!” (“Qələm” surəsi, 68/4).

“Şübhəsiz ki, Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir” (“Əhzab” surəsi, 33/21).

Peyğəmbərimizin (s) əxlaqının necə olduğunu gösətərən bir hədis də Aişə anamızdan rəvayət edilmişdir: “Bir nəfər soruşdu: “Ey möminlərin anası (Aişə)! Bizə Allahın elçisinin əxlaqından danışarsanmı?” Aişə buna cavab olaraq belə dedi: “Sən heç Quran oxumursan?” Həmin adam “əlbəttə ki, oxuyuram!” deyə cavab verdi. Bu zaman Aişə anamız “Onun əxlaqı Quran (əxlaqı) idi” dedi” (Muslim. “Səlatu-l-müsafirin”, 139 (746)).

Qurani-Kərim Allahın axırıncı kitabıdır. Onun içindəki ibadət və əxlaq məsələlərində qətiyyən bir azalma və ya artma olmayacaq. Axırıncı nazil olan ayədə deyilir: “Bu gün Mən sizin dininizi tamam-kamal etdim və sizə olan nemətimi tamamladım” (“Maidə” surəsi, 5/3).

Yuxarıdakı hədisdə də əsas etibarilə bu məna vurğulanır. Bu kitabın verildiyi Muhəmməd (s) onu özü üçün bir həyat təlimatı götürüb, onun əxlaqını mənimsəyib, bütün əxlaqi gözəlliklər onun şəxsində təcəlli edib. Elə buna görə də bütün məsələlərdə möminlərə nümunə göstərilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir