Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Peyğəmbər gəlsə belə, rədd edərdim”— Güləndən şok etiraf – VİDEO

Fətullah Gülən bəzi mövzularda Allahın rəsulunu belə dinləməyəcəyini etiraf etdi

FETÖ terror təşkilatının başçısı Fətullah Gülənin köhnə lent yazılarından biri gündəmə olub.

“Din.az” xəbər verir ki, “ölkə.az” Türkiyə mediasına istinadən xəbər verir ki, videogörüntülərdə Fətullah Gülən bəzi mövzularda Allahın rəsulunu belə dinləməyəcəyini, ona tabe olmayacağını açıq-aşkar ifadə edir.

“Allahın rəsulu yanıma gəlsə və açıqdan açığa söyləsə ki, gedin mağaralarda inzivaya çəkilin, deyəcəm ki, ya Rəsullalah, sənə hörmətim var, lakin mən özümü qurtarmaq üçün inzivaya çəkilməyi qəbul etmirəm, səni də qulaqlarım yanlış eşidib”,- deyə Gülən bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir