Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Peyğəmbər kimin cənnətlik olduğunu bilirdi?

Cənnətə daxil olmağın vizasının peyğəmbəri görmək və onu görənləri görmək olduğu iddia edilən bir din Allahın dini deyil.

Peyğəmbərə məxsus olduğu iddia edilən bir hədisdə belə deyilir: «Məni görən və ya məni görəni görən bir müsəlmana cəhənnəm atəşi dəyməyəcək» (Tirmizi, «Mənaqib», 3857).

Başqa hədislərdə də kimlərin cənnətlik olduqlarının adlarını açıqlayaraq müjdələdiyi bildirilir (Əbu davud, Sünnət, 9 / 4648, 4649, 4650).

Halbuki Uca Allah Quranda Sonuncu Peyğəmbərinə belə deməsini əmr edir: «De: “Mən peyğəmbərlərin birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən sadəcə mənə vəhy olunana tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!”» («Əhqaf» surəsi, 46/9).

Cənnətə daxil olmağın vizasının peyğəmbəri görmək və onu görənləri görmək olduğu iddia edilən bir din Allahın dini deyil.

Bununla yanaşı, yenə eyni mənbələrdə Sonuncu Peyğəmbərimizə aid olduğu rəvayət edilən və Quran ayələri ilə uyğun gələn bəzi ifadələr də öz əksini tapıb. Bir hədisə görə Sonuncu Peyğəmbərimizin belə dediyi bildirilir: «…Allah and olsun ki, mən Allahın Rəsulu olmağıma baxmayaraq, sabah mənə və sizə Allah tərəfindən necə rəftar ediləcəyini bilmirəm» (Buxari, Cənaiz, 3).

Buradan da aydın olduğu kimi, bu sözlər Quran ayələrinə uyğun gəldiyi halda, əksi iddia edilən və hədis kimi qeyd edilən rəvayətlərlə ziddiyyət təşkil edir.

Əmrə DORMAN  

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...