Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Peyğəmbər torpağında yaşayan jurnalist: “Məscidləri azaldaq, səsi qorxuncdur…” – VİDEO

Azan səsinin hürküdücü olduğunu bildirərək səsin azaldılmasını istədi.

Səudiyyə Ərəbistanında dövlət televiziyasına danışan jurnalist məscidlərin səsinin azaltmasını istədi.

Din.az xəbər verir ki, Səudiyyə Ərəbistanında televiziya kanalının jurnalisti Məhəmməd əl-Suheymi əvvəlcə məscidlərin hürküdücü səslərini azaltmaq, daha sonra ölkədəki məscid sayını azaltmalı olduqlarını bildirmək üçün canlı yayım istəyib.

Səs hürküdücüdür.

MBC TV-də olan Səudiyyə jurnalisti Məhəmməd əl-Suheymi bir neçə dəqiqə ərzində hər kəsə şok yaşadıb. Səudiyyə jurnalisti bunu bidət olduğunu bildirərək yoldan çıxdıqlarını söyləyib. Azan səsinin hürküdücü olduğunu bildirərək səsin azaldılmasını istəyib.

Suheyminin açıqlması bunla məhdud qalmayıb. Hz. Məhəmmədin məscidlə bağlı fikirlərini söyləyərək bəzi məscidlərin lazımsız olduğunu qeyd edib.

Qeyd edək ki, Səudiyyə jurnalistinin azan və məscidə dair çağırışı ilə əlaqədar hələ rəsmi orqanlardan heç bir açıqlama gəlməyib. / A24.az

https://a24.az/files/uploads/2018/02/1519293711.mp4?_=1

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...