Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Peyğəmbərə heykəl qoyula bilərmi? – İslamşünas alim cavab verir – VİDEO

“Dindar bu hadisəni bütpərəstlik əlaməti adlandırıb”.

Dinşünas alim Əsədulla Qurbanov “Kanal 13”ə müsahibə verib. O, Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyulmasına münasibət bildirərkən qeyd edib ki, Naxçıvan şəhərində Nuh peyğəmbərə heykəlin qoyulması yaxşı haldır.

Din.az “A24.az”a istinadən bildirir ki, dindar bunu həm də bütpərəstlik əlaməti adlandırıb:

“Qoy dünya bilsin ki, Azərbaycanda Naxçıvan var. Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyublar. Doğrudur, bu, bütpərəstliyin əlamətidir, amma müqəddəs insanların xatırlanmasına, insanların yaddaşına köçürülməsinə müsbət baxıram”.

İslamşünas alim “Azərbaycanda Muhamməd peyğəmbərə heykəl qoyulsaydı, bu tamam başqa cür qarşılanacaqdı. Sizcə, buna səbəb nədir? Nuh peyğəmbərə heykəlin qoyulması böyük səs-küyə səbəb olmadı?” sualını cavablandıran zaman “Əvvəla sizə onu deyim ki, Muhamməd peyğəmbərin heykəli bəşər övladının qəlbindədir. Təkcə azərbaycanlıların və müsəlmanların deyil, bəşər övladının qəlbindədir. Çünki Muhamməd Peyğəmbər Səudiyyə Ərəbistanında, İslamın tarixi vətənində qara ərəblər deyirlər, bədəvi ərəbləri vəhşi halda yaşayan ərəbləri insan, müsəlman, Allahın istəklisi edən məhz Muhamməd peyğəmbər olub. İslam dinini yaratmaqla…”.

İslamşünas alimin müsahibəsini təqdim edirik:

https://bax.tv/video/26982.html

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...