Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Peyğəmbəri təhqir edən videoya görə “YouTube” bloklandı

Filmdə Məhəmməd Peyğəmbərin həyatı təhqiramiz formada təqdim olundu.

Misirin Ali İnzibati Məhkəməsi “YouTube” videoservisinin ölkə ərazisində 1 aylıq bloklanması barədə aşağı instansiya məhkəməsinin qərarını təsdiqləyib.

Din.az xəbər verir ki, bu barədə “Al-Ahram” məhkəmə qərarına istinadən məlumat yayıb.

Məlumata görə, ərizəni məhkəməyə vəkil Məhəmməd Salem təqdim edib. O, videoservisin Məhəmməd Peyğəmbərin həyatını təhqiramiz formada təqdim edən filmin kadrlarının “YouTube” videoservisindən silinməyincə, videoservisin ölkə ərazisində bloklanmasını tələb edib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...