Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Peyğəmbərimizə salavat oxunmasa, edilən dualar Allaha çatmır yalanı

Dua və tövbələrdə Allahla bəndə arasında heç bir vasitə yoxdur.

Allahın sonuncu elçisinə istinad edilən rəvayətlərdə Allahın dua edənlərə cavab vermək üçün hər gün gecənin son üçdə birində dünya səmasına endiyi iddia edilib (Buxari, Tövhid 35, Təhəccüd 14, Daavat 13; Muslim, Salətul-Musafirin 166, (758); Tirmizi, Daavat 80, (3493); Əbu Davud, Salat 311, (1315).

Bundan başqa, Muhəmməd peyğəmbərin “Dua səma ilə yer arasında dayanır. Mənə salavat oxunmaqca, Allaha yüksəlməz” (Tirmizi, Salat 352, (486)).

“Bir insan mənə salam verdiyi zaman ona qarşılıq verməyim üçün Allah ruhumu mənə qaytarır” (Əbu Davud, Mənasiq 100, (2041)).

“Cənnətdəki məqamını görmədən heç bir peyğəmbərin ruhu alınmaz. Bundan sonra həyatı davam etdirilir və ya o biri dünyaya getməsində sərbəst (seçiminə) buraxılır” dediyi iddia edilib (Buxari, Məğazi 83, 84, Təfsir, “Nisa” surəsi, 13, Marda 19, Daavat 29, Riqaq 41; Muslim, Fəzail 87, (2444); Tirmizi, Daavat 77, (3490)).

Dua və tövbələrdə Allahla bəndə arasında heç bir vasitə yoxdur. Bəndə vəziyyətini birbaşa Rəbbinə bildirir. Peyğəmbərimizi Allahla bəndə arasına daxil etməyə çalışmaq və ona salavat oxunmadıqca edilən duanın Allaha çatmayacağını iddia etmək, Quran ayələrinə əhəmiyyət verməyərək iftira atmaq deməkdir.

Bundan başqa, Peyğəmbərimizə verilən salama qarşılıq verməsi üçün ruhunun qaytarıldığı və peyğəmbərlərin dünyada olarkən cənnətdəki məqamlarını görmələrilə bağlı iddialar da əsassız rəvayətlərdir.

Emre DORMAN

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...