Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Peyğəmbərimizin axirətdəki şikayəti

“Rəbbim həqiqətən mənim ümmətim, lazımsız kitab kimi bu Qurandan uzaqlaşdılar” (“Furqan” surəsi, 30).

Məgər bu çox ağır hadisə deyil? “Mən sizə yalnız vəhylə xəbərdarlıq edirəm” (“Ənbiya” surəsi, 45) deyən Peyğəmbərin “Vəhy (Quran) bizə bəs etmir” deyən ümmətiyik. Bununla yanaşı, Peyğəmbərimizin hesab günü Quranı insanların uzaqlaşdığı və kənarda qalan kitab etmələri səbəbiylə ümmətindən şikayət edəcəyilə bağlı ayə olduğu halda:

Elçi dedi ki: “Rəbbim həqiqətən mənim ümmətim, lazımsız kitab kimi bu Qurandan uzaqlaşdılar” (“Furqan” surəsi, 30).

Yəni Quran əllərinin altında olsa da ondan istifadə etmədilər, ona əhəmiyyət vermədilər. Varlıq içində yoxluq çəkdilər. Diqqət etsəniz, Peyğəmbərimiz “Mənim sünnəmdən, mənim sözlərimdən uzaqlaşdılar” demir, “Qurandan uzaqlaşdılar” deyir.200px-Muhammad2

Bundan əvvəl də vurğulandığı və ayələrlə dəstəkləndiyi kimi dini mövzularda Peyğəmbərimizin Quran xaricində bir sözü və Quranın tətbiq olunması xaricində dini sünnəsinin olması mümkün deyildir.

Aləmlərə rəhmət kimi göndərilən Peyğəmbərimizin yeganə yolu Allahın ona vəhy etdiyi Quran yoludur:

Ayələrimiz onlara açıq şəkildə oxunduqda, bizimlə qarşılaşacaqlarına ümid etməyənlər “Bizə bundan başqa bir Quran gətir və ya bunu dəyişdir” dedilər. De ki, “Mən onu özümdən heç cür dəyişdirə bilmərəm. Mən yalnız vəhy olunana tabe oluram. Rəbbimə üsyan etsəm, böyük bir günün əzabından qorxuya düşərəm. De ki: “Allah istəsəydi, onu sizə oxumazdım və O da onu sizə bildirməzdi. Mən ondan əvvəl sizin aranızda bir ömür yaşadım. Məgər bilmirsiniz?” (“Yunus” surəsi, 15-16)

Rəbbimiz kitabında soruşur: “Qarşılarında daim oxunan bir kitabı sənə nazil etməyimiz onlara bəs etmir? Şübhəsiz ki, bunda inanan topluluq üçün rəhmət və nəsihət vardır”. (“Ənkəbut” surəsi, 51)

Rəsulullahın dini mövzuda Allahın sözlərilə yanaşı, Onun sözlərinə zidd olacaq hər hansı sözünün olması mümkün deyildir. Münafiqlər, gücə və iqtidara sitayiş edənlər, Allahın vəhyini, sözlərini dəyişdirə bilmədikdə, bu dəfə o sözləri bəşəriyyətə elan edib təbliğ edən rəsulu adından müxtəlif sözlər uydurdular. Belə ki, bu gün müsəlmanların başına gələnlərin səbəbi, Peyğəmbərimizin adından uydurulmuş sözlərdir.

Halbuki Peyğəmbərimizə aid edilən bir söz varsa, bu birbaşa Qurana aid edilməli, yalnız Quran tərəfindən təsdiq edildiyi təqdirdə, “Peyğəmbərimiz bunu deyə bilər” deyilməlidir. Həmçinin hər vəziyyətdə tərəddüdsüz əməl olunacaq yalnız Allahın sözləridir.

Bunu dediyiniz zaman “Siz peyğəmbəri kənarlaşdırırsınız” deyə etiraz edilir. Halbuki kənarlaşdırılan Allahın ayələrini ən gözəl şəkildə tətbiq edən və dinini ən gözəl şəkildə təbliğ edən Peyğəmbərimiz deyil, ayələrə əhəmiyyət verilməyərək rəvayətlərlə Peyğəmbərimizə atılan iftiralardır. Peyğəmbərimizə atılan iftiraları dəstəkləyənlər, rəvayətin nə dediyinə deyil, hansı hədis kitabında qeyd edildiyinə baxaraq dəstəkləyirlər. Vəziyyət belə olduqda, etibar edilən bir hədis kitabındakı rəvayət birbaşa bir Quran ayəsinə zidd olsa da bu rəvayəti müdafiə etməyə çalışır, bununla yanaşı, bu səhvlərini vurğulayanları Peyğəmbərimizi kənarlaşdırmaqla günahlandırırlar.

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...