Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Azərbaycandan olan nümayəndə heyəti Misirdə səfərdə olub.

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib.

Din.az bildirir ki, bu sözləri Axar.az-a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Feysbuk sosial şəbəsində yaydığı və böyük maraqla qarşılanan foto barədə danışarkən deyib.

N.Orduxanlı fotoda Qüdrət Həsənquliyevin əlində tutduğu qılıncın Məhəmməd peyğəmbərə aid olduğunu bildirib.

“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Misir hökumətinin dəvəti ilə fevralın 4-5-də Misirdə səfərdə olub və nümayəndə heyətinin tərkinidə BAXCP sədri Qüdrət Həsənquliyev də iştirak edib”, – Orduxanlı qeyd edib.

Onun sözlərinə görə, səfər zamanı BAXCP sədri Qahirədəki İmam Hüseyn məscidini də ziyarət edib və peyğəmbərin həmin məsciddə saxlanılan qılıncı ilə də tanış olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...