Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

PEYĞƏMBƏRİN SEVƏRƏK YEDİYİ BALQABAĞI “SEVMİRƏM” DEDİYİ ÜÇÜN KAFİR ADLANDIRILDI

“Peyğəmbərimiz həyatı boyu Quranın verdiyi mesajlardan kənara çıxmayıb”.

Peyğəmbərin sevərək yediyi balqabağı “mən sevmirəm” dediyi üçün kafir adlandıranlar həmin adamın bu istəyi ilə dindən döndüyünü hökm edir. Hətta bu iddilarla yanaşı, imam Əbu Yusufun “balqabaq sevmirəm” deyəni öldürməyə niyətləndiyini, yalnız tövbə etdikdən sonra şəxsin qurtulmasının mümkün olduğu qeyd edilir.

Din.az “A24.az”a- istinadən bildirir ki, türkiyəli ilahiyyatçı Caner Taslamanın sözügedən məsələ ilə bağlı paylaşdığı yazı sosial şəbəkədə sərt qarşılanıb.


Mövzu ilə bağlı “A24.az”ın sualını cavablandıran ilahiyyatçı Ağa Hacıbəyli sevgili peyğəmbərimizə aid olan bütün şərhi ölçülərin Qurandan başladığını, Qurandan qaynaqlandığını, orda verildiyini bildirdi:

“Peyğəmbərimiz həyatı boyu Quranın verdiyi mesajlardan kənara çıxmayıb. Yəni bütün halal və haramlar ordadır. Amma məsələ burasındadır ki, Quran halalların üzərində yox, əsasən haramların üzərində dayanıb. Burda kafirliyin də, natiqliyin də ölçüsü var. Onlar da çox az və ya məhdud çərçivədədir.

Qaldı ki, dediyiniz məsələ ilə bağlı, ümumiyyətlə Qurani-Kərimdə elə bir hökm də yoxdur. Peyğəmbərimizin onunla bağlı elə bir görüşünü açığı mən də müqəddəs saymıram və hesab edirəm ki, nemətə qarşı insan o şəkildə cəzalandırıla bilməz. Bu, heç bir məntiqə, heç bir elmə sığan bir şey deyil.

Peyğəmbərimiz də bir insandır, həyatında sevdiyi və ya xoşlamadığı nemətlər ola bilər. Məsələn, sarımsaqla bağlı peyğəmbərimizin hədisləri var. Deyir ki, əgər mələklərlə qarşılaşmasaydım, mən də sarımsaq yeyərdim. Bu o demək deyil ki, siz sarımsağı yeməyin. Sadəcə deyir ki, yeyib də məsciddə insanlara əziyyət verməyin. Yəni bu hədislər o demək deyil ki, “sarımsaq haramdır, bunu yemək olmaz”. Hədisləri doğru anlamaq lazımdır. Hədislər əslində bizə həyat tərzimizi rahatlaşdırmaq üçün törəmə ifadələrdir.

Bir insan balqabağı xoşlamırsa, həmin insanı kafir adlandırmaq doğru fikir deyil. Bunu İslamla bağlamağın heç bir əhəmiyyəti yoxdur”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...