Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
489929

Peyğəmbərin uşaqlığından bəhs edən film nümayişə başlayır

Share Button

Məhəmməd peyğəmbərin doğuşundan 12 yaşına qədər olan illər

İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s.a.s) uşaqlıq illərindən bəhs edən “Hz.Məhəmməd: Allahın elçisi” filminin kütləvi nümayişi üçün təqdimatı 28 oktyabrda olacaq.

“Din.az” bildirir ki, “axşam.az” xarici KİV-ə istinadən xəbər verir ki, daha öncə İranda rəsmi təqdimatı olan film, 28 oktyabrdan etibarən digər ölkələrdə də kinoteatrlarda nümayiş etdiriləcək.

İranlı rejissor Məcid Məcidinin ssenarisi əsasında çəkilən filmdə Məhəmməd peyğəmbərin doğuşundan 12 yaşına qədər olan illərindən bəhs edilir. Həmin dövrdəki hadisələr Məkkədə cərəyan edib.

“Çağırış”dan sonra bu filmin də İslam dünyasına yeni səs salması gözlənilir.

Filmin kadr arxasında 3 dəfə Oskar mükafatı qazanmış olan İtalyan operator Vittorio Storaro var.

Filmdə Əli Rza Şücanuri (Abdulmuttalib), Mehdi Pakdel (Əbu talib), Panteha Mehdiniya (Fatimə binti Əsəd), Mina Sadeti (Aminə), Sara Bayat (Həlimə Sadiyə) və Möhsün Tenabende (Yəhudi Tacir Samuel) kimi aktyorlar rol alıblar.

Qeyd edək ki, 40 milyon dollara çəkilən film, İran tarixinin ən bahalı filmidir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

1 şərh Peyğəmbərin uşaqlığından bəhs edən film nümayişə başlayır üçün

  1. ramazan dedi:

    filmin esli zenndir.zennin coxu gunahdir.zennen peyqenber haqqinda film ne qeder doqrudur

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top