Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Piy qırışlarına “Allah” yazısı dedilər… VİDEO

Təəssüflər olsun ki, əksəriyyətimizin din anlayışı Allahın göndərdiyi din deyil, insanların uydurduqları dindir.

İlahiyyatçı Elşad Miri piy qırışlarına “Allah” yazısı deyib buna möcüzə kimi təqdim edənlərə facebook səhifəsində status paylaşıb. Həmin statusu olduğu kimi təqdim edirik:

6 dəqiqəlik videodan qısa qeydlərim…

1. Aparıcı Zaur din xadimini “həci” olaraq adlandırır, halbuki İslamda “həci” anlayışı yoxdur. “Həci”nin xoşuna gəlir.

2. Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi, həmin “həci” deyir ki, Allah möcüzəsini göstərir. İnsanın özü Allahın şah əsərlərindən biri deyilmi?

3. Allahın adının yazılması möcüzə olsaydı, Allah hər yerə Öz adını yazardı və insanların bu qədər araşdırmasına da ehtiyac qalmazdı.

4. Allah niyə Öz adını ərəb dilində yazıb? Allah ərəb dilində danışır (haşa)? Ərəb dili müqəddəs dildir?

5. Yenə QMİ-nin həmin “həci”si tövhid kəlməsini də düzgün tərcümə etmir. O deyir ki, “Allahdan başqa Allah yoxdur”. Halbuki əsli “Allahdan başqa tanrı (ilah) yoxdur” deməkdir.

6. Başın həmin hissəsini hər kəs öz fantaziyasına uyğun olaraq çox şeyə oxşada bilər.

7. Qaşınma, istiliyin gəlməsi həkimə müraciət etmək üçün əlamətlərdi, vergi verilməsi üçün deyil.

8. Təsəvvür edin, “həci” hədislər danışır ki, dünyanın fırlanmağı, təəccübdən təəccüb və s… Ehhh… Dərdini kimə deyəsən? Allahımızın endirdiyi dini görün nə günə qoyurlar?

9. Allahın hikmətinə qurban olunmur, Allah üçün qurban kəsib kasıblara paylayırlar.

10. Baş qaşınandan sonra artıq anlaşılıb ki, pivə işində Rusiyada işləmək lazım deyilmiş.

11. İnsanlar içkili olan yerdən narahat olduğu qədər, şirk olan yerdən də narahat olsalardı, problemlər də aradan qalxmağa başlayardı…

12. İbadət etmədən Allahla təmasda olmaq ifadəsi də maraqlıdır…

Sadəcə bu qısa videodan da görmək olur ki, bizim din anlayışımız Allahın göndərdiyi din deyil, insanların uydurduqları dindir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...