Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Piza qülləsinin yaxınlığında məscid tikintisinə qarşı “italyan inqilabı”

1800 nəfərin etiraz imzası toplanıb…

“The Express” yazır ki, İtaliyada yüzlərlə insan məşhur “əyilmiş” Piza qülləsinin yaxınlığında məscid tikintisinə qarşı etiraz petisiyasının imzalanmasına başlayıblar.

Məqələdə deyilir ki, artıq indiyədək petisiyanı 1800 nəfər imzalayıb və bu qədər imza məsələnin referenduma çıxarılmasına imkan yaradır.

“Din.az” BBC-yə istinadən bildirir ki, məscid tikintisi planlarına qarşı kampaniya aparan jurnalist Maqdi Allam belə bir referendumu “İtalyan inqilabı” adlandırıb və deyib ki, pizalıların 1800 imza toplayacaqlarını heç kəs gözləmirdi.

Məscid tikintisinə qarşı xüsusi olaraq yaradılmış komitənin sədr müavini Canluka Qambini deyib ki, onlar 1800 imza ilə kifayətlənmək fikrində deyillər və hər ehtimala qarşı imzaların 2000-ə çatdırılmasına çalışacaqlar.

Etirazçıların fikrincə, daha artıq imzanın toplanması meriya ilə hər hansı problemin yaranmamasına təminat verir.

Qambini hamıya, xüsusilə də Il Giornale qəzetinə və onun müxbirlərinə kampaniyaya verdikləri dəstək üçün təşəkkürünü bildirib.

Etirazçılar imzatoplama kampaniyasını qarşıdan gələn şənbə günü Piza bazarında bitirmək istəyirlər.

Onlar burada İtaliya siyasətçisi və estrada artisti Daniela Santanşe ilə görüşəcəklər.

Xanım Santanşe də bu kampaniyaya dəstək verir.

“The Express” yazır ki, petisiyadakı imzalardan 1800-nün etibarlı olduğu təsdiq edilsə, onda qarşıdan gələn bir neçə ay ərzində məscid tikintisinə dair referendum keçiriləcək.

İtaliya qəzetlərindən Il Giornale yazır ki, Bilel Chiahoui adlı müsəlmanın həbsi petisiyanı imzalayanların sayını daha da artıracaq.

İŞİD-lə əlaqələrdə şübhəli bilinən bu şəxs, deyilənlərə görə Piza qülləsinə hücum planlaşdırırmış.

“The Express” yazır ki, sözügedən şübhəli artıq İtaliyadan deport olunub.

Xatırladaq ki, Piza zəng qülləsi özünün bir tərəfə əyilməsi ilə bütün dünyanın görməli yerlərindən biri sayılır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...