Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

PKK məscidə hücum etdi

Eyni məscidə 2015-ci ildə də ermənilər hücum edib

Amerikanın Montreal şəhərində yerləşən Yunus Məscidinin girişinə və divarlarına sprey boyalarla PKK yazısı yazılıb.

“Din.az” “Timetürk”ə istinadən xəbər verir ki, Yunus məscidinin bağlı olduğu Montreal Türk Mədəniyyət Dərnəyinin rəhbərlərindən İsmail Ayık “hücum FETÖ-nün 15 iyul çevriliş cəhdini izah etmək üzrə Montreala gələn TBMM heyətimizin  yığıncağı olduğu gecə edilib. Daha əvvəl də dəfələrlə bu cür hücumlara məruz qalamışıq, ancaq bu dəfəki fərqli idi” deyib.

Türkiyənin Ottavadakı səfiri Selçuk Ünal verdiyi açıqlamada bildirib ki, “hücumdan sonra toplanan dəlillər və polis hesabatı üzərinə Türkiyə olaraq Kanada orqanlarına nota verdik. Eyni məscidə 2015-ci ildə də ermənilər hücum etmişdi. Bunu da müraciətimizdə xatırlatdıq. Hücumun Kanadada səfərdə olan TBMM parlamentarlar heyətimizinin ziyarətindən dərhal sonra edilməsi xüsusilə diqqət çəkib” deyə bildirilib.

pkk-montreal-saldiri1

pkk-montreal-saldiri3

pkk-montreal-saldiri4

pkk-montreal-saldiri5

pkk-montreal-saldiri6

pkk-montreal-saldiri7

pkk-montreal-saldiri8

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...